Avroda gözlənilməz bahalaşma
18 İyun 2015 11:30 (UTC+04:00)
Azərbaycanda xarici valyutaların məzənnəsində
dəyişiklik olub. Movqe.az-ın Mərkəzi
Banka istinadla verdiyi məlumata görə, Azərbaycanda 1 ABŞ
dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb. Belə ki, ötən
gün 1,0479 AZN-ə bərabər olan ABŞ dolları manat qarşısında 1,0474-ə
azalıb.
Avronun məzənnəsi isə manata nəzərən bahalaşıb.
Avropanın vahid valyutası 1,1801 manatdan 1.9000 AZN-ə qədər
bahalaşıb. Bu göstərici sonuncu dəfə 2007-ci ildə
təkrarlanıb.
Rusiya rublunun kursunda isə dəyişiklik qeydə
alınmayıb. 1 rubl hazırda 0.0195 manat təşkil
edir.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21
fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi
məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19
AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar
təxminən 0, 78 AZN idi.