15 yaşlı Beyləqan sakininin cəsədi kanaldan çıxarıldı

18 İyun 2015 11:40 (UTC+04:00)
Ötən gün kanalda çimərkən üzə bilmədiyi üçün boğulub ölən Beyləqan sakinin cəsədi aşkarlanaraq sudan çıxarılıb. Movqe.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, 17.06.2015-ci il tarixində, saat 18.50-də, çimərkən üzə bilməməsi səbəbindən kanalda boğulmuş, Beylaqan rayonu, Qaradağlı kənd sakini, 2000-ci il təvəllüdlü, Kazımov Sirac Silyan oğlunun cəsədi, batdığı yerdən 700 metr aralıda aşkarlanıb. Cəsəd xilasedicilər tərəfindən çıxarılaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Əməliyyat saat 00:22-də başa çatıb.