Taekvondo üzrə yarışlarda iki qələbəmiz birdən...

18 İyun 2015 12:34 (UTC+04:00)
I Avropa Oyunları çərçivəsində taekvondo üzrə yarışlar davam edir. ANS PRESS-in məlumatına görə, Azərbaycan təmsilçisi Beigi Herçeqani (-80 kq çəki dərəcəsi) Serbiyadan Damir Fejziclə ilkin raundda üzləşib. İdmançımız 12:0 hesablı qələbə ilə adını 1/4 finala yazdırıb.  Beigi növbəti mərhələdə Böyük Britaniyadan olan Lutalo Məhəmməd ilə münasibətlərinə aydınlıq gətirəcək.  Azərbaycan komanda üzvlərinin iştirakı ilə daha biri görüş baş tutub. Fəridə Əzizova (-67 kq çəki dərəcəsi) hollandiyalı Van Baaren Joyce ilə ilkin raundda üzləşib və 2:0 hesablı qələbə qazanıb. 
Qeyd edək ki, Fəridə dörddəbir finalda Türkiyədən Nur Tatarla qarşılaşacaq.