Mədəniyyət.AZ” jurnalının 4-cü sayı işıq üzü gördü
18 İyun 2015 13:10 (UTC+04:00)
Movqe.az-ın xəbərərinə görə, Mədəniyyət və Turizm
Nazirliyinin təsisçiliyi ilə nəşr olunan "Mədəniyyət.AZ" jurnalının
4-cü sayı işıq üzü görüb. Nəşrdə aprel ayının mötəbər mədəniyyət
layihələrindən olan Qara Qarayev adına VI Musiqi Festivalı, "Bakı
Prossesi" və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
beynəlxalq təşkilatlarda təqdimatları, Beynəlxalq Tarixi Abidələr
günü ilə bağlı məqalələr, milli gülüşümüzün tacı Nəsibə Zeynalova,
kino və televiziyada gördüyü işləri bir insan ömrünə sığmayan
rejissor Tofiq İsmayılov, kinorejissor, aktyor, pedeqoq Rza
Təhmasib, kinomuzun mogikanı Muxtar Maniyev, yüksək memarlıq üslubu
ilə insanları valeh edən Mikayıl Hüsyeynov, " Fəryad" filmində
yaratdığı obrazın möhrünü vuran Ceyhun Mirzəyev kimi
sənətkarlarımızın həyat və yaradıcılığı ilə bağlı yazılarda
Azərbaycan kino və teatr sənətinin korifeyləri xatırlanır. Oxucular
həmçinin maraqlı müsahibələr, məqalələr vasitəsilə təqvimdə yer
tutan mühüm beynəlxalq və mədəni hadisələrlə tanış olacaqlar.
"Dünya kitab və müəllif hüquqları günü", "Beynəlxalq rəqs günü",
"Çanaqala-100 türkçülüyün zəfəri", "Brazilyada Azərbaycan
Mədəniyyət Həftəsi", "Maya Plisetskayadan bir dənədir" məqalələri
də də bu silsilədəndir..
Jurnalda Mədənəiyyət və Turizm Nazirliyinin ay
ərzində həyata keçirdiyi biri-birindən maraqlı, zəngin layihələr,
görüşlər mədəniyyətsevənlərə təqdim edilib. Həmişə olduğu kimi, bu
dəfə də elm adamları unudulmayıb. Bu rubrikaya görkəmli aftomoloq
Zərifə xanım Əliyeva ilə başlanıb. Onun milləti üçün gördüyü
xeyirxah əməlllərdən söz açılıb.
Mədəniyyət.AZ yaşı sakinləri kimi kiçik olan, amma
tez bir zamanda saatbasaat böyüyən "Kukla Art- qalereyasının
yaradıcısı Lalə Kazımova, və qolereyanın qonağı, ABŞ- da yaşayn
tanınmış heykəltəraş və rəsammı Tamara Kvesitadze ilə müsahibələrlə
tanış ola bilərsiz.