Kamandan oxatma yarışlarında idmançılarımız növbəti mərhələdə

18 İyun 2015 16:03 (UTC+04:00)
Avropa Oyunlarında kamandan oxatma üzrə yarışlar davam edir. Goal.az xəbər verir ki, bu gün kişilərin və qadınların fərdi mübarizəsində reytinq mərhələsi keçirilib. Kişilərin komanda çoxnövçülük yarışlarında Azərbaycan 1/8 finalda İtaliyaya 4:5hesabıyla uduzaraq mübarizəni dayandırıb. Hazırda 1/4 final mərhələsi davam edir. Kişilərin fərdi yarışlarında reytinq mərhələsi keçirilib. Mauro Nespoli (İtaliya) birinci, Van der Ven Rik (Hollandiya) ikinci, Van der Berq Syef (Hollandiya) isə üçüncü olub. Azərbaycanı təmsil edən Taras Senyuk 45-ci, Aleksey Kopnin 50-ci, Roman Vengerov isə 57-ci olub.Onlar hər üçün 1/32 finala vəsiqə qazanıb. Qadınların komanda çoxnövçülük yarışında final görüşü keçiriləcək. Həlledici oyunda Belarus İtaliyayla üz-üzə gələcək. Azərbaycan 1/8 finalda Almaniyaya 0:6 hesabıyla uduzaraq mübarizəni dayandırıb. Qadınların fərdi yarışlarında reytinq mərhələsindəLisa Unruh (Almaniya) birinci, Maja Jaqer (Danimarka) ikinci, Nataliya Valeyeva (İtaliya) isə üçüncü olub. Azərbaycanı təmsil edən idmançıların nəticələri isə belədi: Olaq Senyuk - 34-cü yer, Nurlana Vəliyeva - 60-cıyer, Yaylagül Ramazanova - 61-ci yer. Onlar hər üçün 1/32 finala vəsiqə qazanıb.