Almaniyalı turist: “I Avropa Oyunlarının açılış mərasimi son dərəcə heyranedici idi”

19 İyun 2015 12:30 (UTC+04:00)

I Avropa Oyunlarının açılış mərasimi son dərəcə heyranedici idi. Movqe.az xəbər verir ki, bu barədə Trend-ə almaniyalı turist Nikolas Hill deyib.


O bildirib ki, Bakı çox doğma və qonaqpərvər şəhərdir: "Mehriban insanlarınız və əla mətbəxiniz var".


N.Hill qeyd edib ki, idmançılar üçün mükəmməl şərait yaradılıb, əla idman obyektləri tikilib: "Azərbaycanı bu uğur münasibətilə təbrik etmək olar".