İsrail Ərdoğana başsağlığı verdi

19 İyun 2015 13:30 (UTC+04:00)

Movqe.az Axar.az-a istinadən xəbər verir ki, İsrail Prezidenti Reuven Rivlin Ərdoğana göndərdiyi məktubda İsrail xalqının adından türk xalqına və mərhumun ailəsinə başsağlığı verib: "Süleyman Dəmirəl Türkiyəyə səfəri zamanı İsrail dövlət başçısını ilk dəfə qarşılayan və iki millət arasındakı əlaqələrin inkişafında xidmətləri olan böyük bir dövlət adamı və prezidenti kimi xatirimizdə yaşayacaq".

 

Qeyd edək ki, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl iyunun 17-də, yerli vaxtla 02 radələrində 91 yaşında vəfat edib.