Nazir: “Azərbaycan heç bir yarışda bu qədər nailiyyət əldə etməyib”

19 İyun 2015 15:30 (UTC+04:00)

"Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı əsasında ölkənin bütün idmançılarının valideynləri "Bakı 2015"in bağlanış mərasiminə dəvət edilib"

"Bizim sevincimizin həddi-hüdudu yoxdur. Azərbaycan heç bir yarışda bu qədər nailiyyət əldə etməyib".

Movqe.az-ın  məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Onun sözlərinə görə, bu uğur Azərbaycanın həqiqətən idman ölkəsi olduğunu göstərir: "Ümid edirəm ki, bu uğurların davamı gələcək".

Nazir bildirib ki, Azərbaycanın birinci xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı əsasında ölkənin Avropa oyunlarında iştirak etmiş bütün idmançıların valideynləri "Bakı 2015"in bağlanış mərasiminə dəvət edilib.