"Bakı 2015": Daha bir idman növündə qızıl medalın sahibi müəyyənləşib

19 İyun 2015 16:10 (UTC+04:00)

"Bakı 2015" I Avropa Oyunlarında qadınlar arasında 50 metrdən 3 vəziyyətdə tüfənglə atəş açma yarışında qızıl medalın sahibi müəyyənləşib. Movqe.az-ın  məlumatına görə, birinci yerə italiyalı Petra Zublasinq layiq görülüb.

Qadın atıcı final yarışında 464.7 xal toplamaqla ən yaxşı nəticə göstərib. Gümüş medala 454.6 xalla fransalı Laurens Briz sahib çıxıb. Bürünc medal isə avstriyalı Oliviya Hofmanın aktivinə yazılıb - 443.2 xal.