Putin: “Rusiya Qərblə əməkdaşlığa hazırdır”

19 İyun 2015 19:10 (UTC+04:00)

Movqe.az-ın "gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda deyib.

 

"Yeni qlobal artım mərkəzləri ilə fəal əməkdaşlıq Qərb tərəfdaşlarımızla dialoqa az önəm verməyimiz anlamına gəlmir. Əminəm ki, əməkdaşlığımız mütləq davam etdiriləcək", - deyə V. Putin vurğulayıb.

 

Rusiya prezidenti Latın Amerikası və BRİKS ölkələri ilə iqtisadi əməkdaşlığın böyük potensialının olduğunu vurğulayıb.