Azərbaycanda məhkəmə sədrinin qardaşı yol qəzasında ölüb

14 Sentyabr 2012 11:45 (UTC+04:00)
Azərbaycan paytaxtında ağır yol qəzası baş verib.
Bu barədə APA-ya Xəzər rayon Polis İdarəsindən bildirilib. 
Hadisə ötən gecə Buzovna qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Əzizov Akif Novruz oğlunun idarə etdiyi "Land Cruiser" markalı, 90 TT 094 dövlət nömrə nişanlı avtomobil "ZIl" markalı yük maşını ilə toqquşub. A. Əzizov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. 
APA-nın əldə etdiyi məlumata görə, qəza zamanı dünyasını dəyişən A. Əzizov tanınmış