"Bakı 2015": Rusiya millisi Almaniyaya qalib gəlib

19 İyun 2015 20:30 (UTC+04:00)

"Bakı 2015" I Avropa Oyunlarında su polosu yarışları davam edir. Movqe.az-ın  məlumatına görə, bu gün 3 qarşılaşma baş tutub.

Slovakiya yığması Rumıniya ilə qarşılaşıb. Görüş rumınların 8:7 hesablı qələbəsi ilə başa çatıb. Monteneqro millisi isə Fransaya aman verməyib - 15:4. Üçüncü görüşdə Rusiya və Almaniya yığmaları qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün sonunda sevinən tərəf ruslar olub. Matç 16:9 hesabı ilə yekunlaşıb.

Digər oyunlarda isə Macarıstan İtaliya, İspaniya Xorvatiya, Yunanıstan isə Serbiya millisi ilə qarşılaşacaq.