ABŞ Yaxın Şərqdə qana doymur

20 İyun 2015 11:00 (UTC+04:00)

Yaxın Şərqin qana boyanmasında xüsusi xidmətləri olan v hazırda bu istiqamətdə siyasətini davam etdirən ABŞ daha bir təhlükəli ssenariyə start verir. Söhbət Türkiyə sərhədləri yaxınlığında kürdlərin mövqeyinin gücləndirilməsi və perspektivdə onların Türkiyə ilə mümkün qarşıdurmaya getməsini təmin etməkdən gedir.

Hazırda kürdlər Suriyanın və İraqın Türkiyə ilə sərhəd bölgələrində nəzarəti tam ələ keçiriblər. Bu məsələdə ABŞ da onlara hərtərəfli yardım edib. İndi Suriyanın Tel-Abyad şəhərinin PYD-nin (PKK terror təşkilatının Suriya qolu) əlinə keçməsindən sonra diqqət Türkiyə ilə sərhəddə yerləşən Azez şəhərinə yönəlib. Türkiyə mediası yazır ki, narahatlıq doğuran əsas məqam daha 1 milyon suriyalının Türkiyəyə köçməyə cəhd etməsidir. Suriya müxalifəti hesab edir ki, ABŞ-ın əsas hədəfi hava hücumları ilə Azezdə köç dalğasını başladaraq şəhəri boşaltmaqdır. Azezi müdafiə edən müxalifət gücləri bundan sonra şəhərin PYD-yə veriləcəyini bildirirlər.

Müxalif mənbələrə görə, İŞİD Tel-Abyadda olduğu kimi Azez şəhərini də PYD-ə vermək üçün Suriya hökumətindən göstəriş alacaq. Müxalifətin versiyasına görə, şəhərə əvvəlcə İŞİD girəcək, daha sonra ABŞ-ın hava bombardmanları başlayacaq və yüz minlərlə insan Türkiyə sərhədinə hərəkət edəcək. İŞİD-in şəhərdən çəkilməsinə isə ABŞ-ın təsir göstərməsi də əsas mülahizələrdəndir. Bu günlərdə İran hərbi qüvvələrinin komandanı, general-mayor Həsən Firuzabadi ABŞ-ı İŞİD yaraqlılarını silahla təchiz etməkdə günahlandırdı. Onun sözlərinə görə, Amerika təyyarələri terrorçuların nəzarəti altında olan bölgələrə pul, silah və ərzaq gətirirlər. Deməli, ABŞ-ın İŞİD-ə təsiri kifayət qədərdir. Belə fikirlər də getdikcə daha çox səslənir ki, İslam sivilizasiyası üçün dağıdıcı alət Birləşmiş Ştatların yetişdirdiyi radikal sünni qruplaşmalarıdır "Əl-Qaidə", İŞİD və digərləri buna konrket nümunə kimi göstərilir.

O d abildirilir ki, PYD-yə bağlı gücləriABŞ-ın hava güclərinin dəstəyi ilə Afrini nəzarət altına alacaq.  Bütün bunlar Türkiyədə ciddi narahatlıq doğurur və kürdlərin ABŞ-ın dəstəyi ilə bölgədə mövqelərini gücləndirməsi perspektivdə Ankara üçün böyük problemlər deməkdir. Bunu ABŞ da bilir və onun diqtəsi ilə hərəkət etməkdən imtina edən Ankaraya qarşı kürd kartını işə salır. Əsas niyyət kürdləri həm Türkiyə daxilində, həm də xaricində Ankara ilə savaşa sövq etməkdir. Bu isə Yaxın Şərqdə yeni böyük fəlakət deməkdir.

Suriya, İraq, Yəmən və digərləri onsuz da ABŞ-ın buradak fəaliyyətindən böyük zərər görüb və görməkdədirlər. Lakin ABŞ hələ də sakitləşmək istəmir və belə demək mümkündürsə, yeni qanlar tökülməsində çox maraqlıdır.   Məsələn,  Vaşinqtonun əsas səylərindən biri də  İranla Fars körfəzi ölkələri arasında münaqişənin qızışdırılmasına yönəlib. Buraad Yəmən kartından istfiadə olunur. ABŞ yenidən şiələrlə sünniləri qarşı-qarşıya qoymağa çalışır. Belə bir siyasətin sayəsində Yaxın Şərq daima qanlı xaos içində olacaq və Amerika burada istədyini edəcək. Əvvəla, buradakı ölkələrin təbii sərvətlərinin istismarı davam edəcək, digər tərəfdən savaş içində olan ölkələr ABŞ-dan daha çox silah alacaq. Vaşinqtonu da maraqlandıran əsasməqamlar məhz bunlardır. Dünyanın karbohidrogen ehtiyatlarının 80%-dən çoxuna sahib olan Yaxın Şərq ölkələrində bir-birinin ardınca gerçəkləşdirilən "inqilablar" dan da bu maraqdan qaynaqlanır. "Ərəb baharı" adı altında başlayan prosses, dünya iqtisadiyyatının böyük bir hissəsinə sahib olan, əsasən Amerika mənşəli transmilli korporasiyaların həyata keçirməyi planlaşdırdıqları "Böyük Yaxın Şərq" layihəsinin tərkib hissəsi də sayılır.