Ancelina Coli Türkiyəyə gəlib - VİDEO

20 İyun 2015 18:30 (UTC+04:00)

Rəcəb Tayyib Ərdoğan BMT-nin ali komissarı Antonio Guterreş və aktrisa ilə Beynəlxalq Qaçqınlar Gününə həsr edilən tədbirə qatılacaqlar

BMT-nin xoşməramlı səfiri, Hollivudun tanınmış aktrisası Ancelina Coli Türkiyəyə gəlib.

Movqe.az xəbər verir ki, bu haqda "Habertürk" məlumat yayıb.

Onu Türkiyəyə BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş dəvət edib. BMT-nin xoşməramlı səfiri Türkiyənin Mardin bölgəsində suriyalı qaçqınların yaşadığı düşərgəyə baş çəkdikdən sonra şəhəri gəzib.