Azərbaycan gimnastı "Bakı 2015"də bürünc medal qazanıb

21 İyun 2015 00:30 (UTC+04:00)

Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Oleq Stepko idman gimnastikasında dayaqla tullanma yarışında da medal qazanıb. Movqe.az-ın məlumatına görə, 21 yaşlı idmançı bürünc medala sahib olub.

Onun çıxışı 14,966 balla qiymətləndirilib. Qızıl medala 15,266 balla ukraynalı Oleq Vernyayev, gümüş medala isə 15,116 balla hollandiyalı Kasimir Şmidt layiq görülüb.

Qeyd edək ki, Oleq Stepko bu gün gimnastika atı ilə yarışda gümüş medal əldə edib.