Azərbaycan velosipedçiləri "Bakı 2015"də şose yürüşündə mübarizə aparır - CANLI YAYIM

21 İyun 2015 14:30 (UTC+04:00)

Bunlar Elçin Əsədov və Samir Cəbrayılovdur

"Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında şose velosipedi yarışları start götürüb. Movqe.az-ın  məlumatına görə, yarışda Azərbaycanı 2 idmançı təmsil edir.

Bunlar Elçin Əsədov və Samir Cəbrayılovdur. Maksim Averin isə zədə üzündən yarışa qatılmayıb. Ümumilikdə şose velosipedinin son yarış günündə 125 idmançı mübarizə aparır. Onlar şəhərin mərkəzi küçələri ilə dövrə vururlar.

Qeyd edək ki, yürüşün finişi Hökumət Evinin qarşısında olacaq.