"Bakı 2015"də velosiped idmanının şosse növündə qaliblər müəyyənləşib

21 İyun 2015 19:30 (UTC+04:00)

"Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında şosse velosipedi yarışlarına yekun vurulub. Movqe.az-ın  məlumatına görə, yürüşün qalibi ispaniyalı Luis Leon Sançes Gil olub. 

Ukraynalı Andrey Qrivko ikinci, çexiyalı Petr Vakok üçüncü yeri tutub. Onlar finişə 5 saat 27 dəqiqə 25 saniyəyə çatıblar.

Azərbaycan velosipedçilərindən isə yalnız Elçin Əsədov sonadək çıxış edib. O, 5 saat 42 dəqiqə 25 saniyə nəticə ilə 55-ci olub. Samir Cəbrayılov finişə çata bilməyib. Maksim Averin isə zədə üzündən yarışa çıxmayıb.