Azərbaycanın 3 boksçusu ​"Bakı 2015"də 1/4 finala yüksəlib

21 İyun 2015 20:00 (UTC+04:00)

Saat 20:30-da Kollaso Sotomayor, saat 21:00-da isə Xaybula Musalov rinqə çıxacaq

"Bakı 2015" I Avropa Oyunlarında boks yarışları keçirilir. Movqe.az-ın  məlumatına görə, bu gün Azərbaycanın 5 boksçusu 1/8 final döyüşünə çıxacaq.

Əvvəlcə Yana Alekseyevna finlandiyalı Mira Potkonenlə (60 kq) üz-üzə gəlib. 4 raundluq görüş Alekseyevanın qələbəsi ilə yekunlaşıb - 4:0. O, 1/4 finalda Zinaida Dobrınina (Rusiya) - Sandra Brugger (İsveçrə) cütünün qalibi ilə görüşəcək. 

Saat 14:15-də 69 kq çəkidə mübarizə aparan Pərviz Bağırov rinqə çıxıb. O, moldovalı Vasiliy Belousla qarşılaşıb. 3 raundluq döyüş Bağırovun qələbəsi ilə başa çatıb. 1/4 finalda rəqib almaniyalı Abass Baraou olacaq.  

Saat 15:30-da isə kişilər arasında 91 kq-da Əbdülqədir Abdullayev mübarizəyə qoşulub. Azərbaycanlı əlcək sahibinin rəqibi macarıstanlı Adam Hamoni olub. 3 raundluq döyüşün yekununda Abdullayev 3:0 hesablı qələbə ilə 1/4 finala yüksəlib.  

Saat 20:30-da isə Kollaso Sotomayor (64 kq) moldovalı Dmitri Qalaqotla münasibətlərinə aydınlıq gətirəcək. 

Digər azərbaycanlı boksçu Xaybula Musalov isə saat 21:00-da rinqə çıxacaq. O, 75 kq-da fransalı Kristian Mbilli Assomo-Hallierlə görüşəcək.