Azərbaycanın akrobatika dueti "Bakı 2015"də 5-ci yeri tutub

21 İyun 2015 22:00 (UTC+04:00)

Ulyana Dyakova - Anatoli Leonov dueti templə qarışıq cütlük hərəkətlərində medalsız qalıb

 "Bakı 2015" I Avropa Oyunlarında akrobatikanın templə qarışıq cütlük hərəkətlərində mübarizəyə yekun vurulub. Movqe.az-ın  məlumatına görə, Azərbaycanı təmsil edən Ulyana Dyakova - Anatoli Leonov dueti finalda 5-ci olub.

Onlar aktivlərinə 27.320 xal yazdırıb.

Marina Çernova - Georgi Pataraya (Rusiya) dueti 29,300 xalla qızıl, Yana Vastavel - Solano Kassamayor (Belçika) dueti 28,690 xalla gümüş, Hanna Bon - Rayan Bartlett (Böyük Britaniya) dueti isə 28,650 xalla bürünc medal qazanıb.