Azərbaycanda “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilib

22 İyun 2015 00:30 (UTC+04:00)

Azərbaycan Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nda dəyişiklik edib.

Movqe.az-ın  xəbərinə görə, sənədə dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Belə ki, bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsində səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu, həmçinin kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı elektron qaydada aparılacaq.