Avropa Oyunlarının 9-cu günü medal qazanan ölkələr - CƏDVƏL

22 İyun 2015 10:40 (UTC+04:00)

"Bakı 2015" I Avropa Oyunlarında geridə qalan yarışların nəticələrinə əsasən, Azərbaycan medal siyahısında 2-ci pillədəki yerini qorumaqda davam edir.

Movqe.az-ın məlumatına görə, siyahının birinci pilləsində Rusiya, üçüncü pilləsində isə Almaniya qərarlaşıb.

Azərbaycan Oyunların 9-cu günündə hesabına 1 gümüş və 1 bürünc əlavə etməklə medallarının sayını 35-ə çatdırıb.

Rusiya isə son yarış günündə 11 qızıl, 6 gümüş və 1 bürünc qazanmaqla hesabındakı medalların sayını 77-ə çatdırıb və birinci yerdəki mövqeyini daha da möhkəmləndirib.

Üçüncü yerdə qərarlaşan Almaniya bazar günü 1 qızıl və 3 bürünc medal qazanıb və ümumulikdə medallarının sayını 3-ə çatdırıb.

Digər medal qazanan ölkələr sırasında İspaniya, İtaliya, İsrail, Macarıstan, Rumıniya, Belçika, Böyük Britaniya, Belarus, Fransa, Xorvatiya, İsveç, Finlandiya, Portuqaliya, Ukrayna, Çexiya, Serbiya, Yunanıstan və Gürcüstan var.