Azərbaycan Prezidenti Lüksemburqun Böyük Hersoquna təbrik məktubu göndərib

23 İyun 2015 00:00 (UTC+04:00)

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik məktubu ünvanlayıb. Movqe.az "Report"-a istinadən xəbər verir ki, təbrik mətnində deyilir:

"Ölkənizin milli bayramı – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm".