1 həftədə 5 kilo verməyi vəd edən qarpız dieti

23 İyun 2015 15:20 (UTC+04:00)

İstilərin başlamasıyla birlikdə arıqlamaq istəyənlər diet siyahılarını araşdırmaya başlayıblar. Qısa müddətdə çox kilo verməyi vəd edən bəzi dietlər yay aylarında olduğumuz bu günlərdə çox adamın marağını çəkib. Son zamanlarda olduqca məşhur olan və 1 həftədə 5 kilo verdirməyi zəmanət edən "qarpız diyeti" də bunlardan biridir.

Movqe.az xüsusilə meyvə sevərlərin rəğbət bəslədiyi bu proqramın nə qədər sağlam olduğunu açıqlayıb.

Qarpız diyeti, xüsusilə yaz aylarında qarpız-pendir ikilisindən imtina edə bilməyənlərin tətbiq etmək istəyə biləcəyi bir bəslənmə proqramıdır. 1 həftə boyunca tətbiq edəcəyiniz bu diyetdə, haradasa hər yeməkdə 92 faizi su tərkibinə malik olan qarpızdan bol bol yeyəcəksiniz.

Qarpız diyetində səhər naharı üçün 1 dilim qarpız, 30 qram pendir və 1 dilim çörək yeməlisiniz.

Günorta və ya axşam yeməklərində, diyetin zülal məzmununu artırmaq üçün ət, toyuq, balıq və ya göbələk yeyə bilərsiniz. Ara paylarda isə mütləq 1 dilim qarpızın yanında 1 dilim pendirinizə laqeyd yanaşmamalısınız.


1 həftədə 5 kilo!

Araşdırmalara görə, qarpız diyeti, 1 həftədə 5 kilo verdirməyi vəd edir, ancaq bunun nəticəsi sandığınız qədər parlaq olmaya bilər. Ortalama olaraq gündəlik 900 kalori alışını hədəfləyən bu diyet, normalda istehlak edilməsi lazım olan kalorinin çox altındadır. Bu vəziyyət həm maddələr mübadilənizi yormanıza, həm də diyeti buraxdığınızda daha çox kilo almanıza səbəb ola bilər.


Bu diyetin gerçək mənada sizə kilo verdirib verdirmədiyinə diqqət yetirməlisiniz. Bəli, 1 həftə sonunda tərəzidə özünüzü 5 kilo daha yüngülləşmiş görə bilərsiniz, lakin gerçək mənada yağ itirib itirmədiyinizi görmədən tərəzidə görəcəyiniz hər rəqəm sizin üçün aldadıcı olacaqdır. Əgər bu diyet sonunda itirdikləriniz su və əzələ nisbətinizdəndirsə tətbiq etdiyiniz proqram sizə zərər vermiş deməkdir.


Qarpızın faydası var amma…

Likopendən, A vitaminindən və karotenoidlərlə zəngin olan qarpızın sizin üçün olduqca çox faydası var, lakin qarpızın da bir meyvə olduğu və meyvə şəkəri ehtiva etdiyi əsla unudulmamalıdır. Diyetin məzmununda bəzi ara paylarda qarpızın tək başına verilməsi, qan şəkərinizin sürətli yüksəlib, sürətli düşməsinə və beləcə özünüzü daha çox ac hiss etmənizə səbəb ola bilər. Bu vəziyyət xüsusilə belə bir diyeti tətbiq etmək istəyən şəkər xəstəsi fərdlər üçün çox daha təhlükəli nəticələr doğura bilər. Buna görə hər hansı bir metabolik xəstəliyə sahib olanların (şəkər xəstəliyi, böyrək xəstəliyi, ürək-damar xəstəliyi və s.), hamilə və ya əmizdirən qadınların, yetkinlik dövründəki gənclərin və uşaqların bu diyeti qətiliklə tətbiq etməmələri lazımdır.


Sağlamlığınız, tərəzidə görəcəyiniz aldadıcı bir nəticədən daha əhəmiyyətlidir!

Xülasə, qarpız diyeti gərək kalori baxımından gərəksə tərkibindəki qidalar baxımından gündəlik ehtiyaclarınızın bütününü qarşılaya biləcək, sağlam bir diyet proqramı kateqoriyasına girmir. Hədəflədiyiniz kilo itkisinə çata bilmək və bu kilonu qoruya bilmək üçün məhdud kalori və qida məzmununa sahib bu cür diyetləri qətiliklə tətbiq etməməniz, sağlam bir nəticə əldə edə bilmək üçün bir diyetoloqdan kömək almanız lazımdır. Unutmayın, sağlamlığınız tərəzidə görəcəyiniz aldadıcı bir nəticədən çox daha əhəmiyyətlidir. Kilo itirərkən sağlamlığınızı da qazanmaq və bu kilo itkisi müvəffəqiyyətini davam etdirə bilmək istəyirsinizsə seçiminiz, sizə xüsusi hazırlanmış, həyat boyu davam etdirə biləcəyiniz sağlam və balanslı bir bəslənmə proqramından ibarət olmalıdır.