"Bakı 2015": Türkiyə və Polşanın qadın voleybolçuları yarımfinala vəsiqə qazanıb

24 İyun 2015 00:00 (UTC+04:00)

Onlar Rusiya və Almaniya millilərini məğlubiyyətə uğradıblar

 Bu gün "Bakı 2015" I Avropa Oyunlarında qadınlar arasında voleybol yarışlarının dörddəbir final mərhələsinin görüşləri başlayıb. Movqe.az-ın  məlumatına görə, "Baku Crystall Hall"da baş tutan qarşılaşmada Türkiyə və Rusiya voleybolçuları yarımfinala vəsiqə qazanmaq üçün gərgin mübarizə aparıblar. Görüşdə 4 set oynanılıb. Daha inamlı oyun nümayiş etdirən Türkiyə voleybolçuları 3:1 (25:18, 23:25, 25:22 və 25:19) hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəliblər.

Digər görüş isə Polşa və Almaniya komandaları arasında baş tutub. Gərgin keçən qarşılaşmada polşalı voleybolçular 3:2 (25:23, 25:17, 18:25, 14:25 və 15:10) hesabı ilə qələbə qazanıblar. Bununla da Polşa millisi yarımfinala vəsiqə qazanıb.