Ermənistanda etirazçılar yenidən oturaq aksiyalara başlayıb

24 İyun 2015 11:30 (UTC+04:00)

Elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz edən minlərlə Ermənistan vətəndaşı yenidən Yerevanın mərkəzindəki Baqramyan prospektində oturaq askiyaya başlayıblar. 

Movqe.az-ın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata əsasən, etirazçılar Serj Sarkisyanın iqamətgahı yaxınlığında toplaşsa da polis onlara irəli hərəkət etməyə imkan vermir. 

Hadisə yerinə gələn bir qrup siyasətçi və mədəniyyət xadimi polislə aksiya iştirakçıları arasında "canlı sədd" qurublar.

Xatırladaq ki, ötən gün dövlət başçısı üç etirazçını qəbul etməyə hazır olduğunu bildirmişdi. Lakin bu təklif etirazçılar tərəfindən müsbət qarşılanmadı. Onlar belə bir görüşün ancaq mediya nümayəndələrinin iştirakı ilə mümkün olacağını bəyan ediblər. Buna cavab olaraq polis səhər saatlarında İrəvanın mərkəzindəki oturaq aksiyanı dağıtdı. 250-yə yaxın şəxs həbs olundu.

Polis daha sonra güc tətbiq edildiyinə görə jurnalistlərdən üzr istəyib.