Dəniz Baykal Türkiyə parlamentinin sədrliyinə namizəd olub

24 İyun 2015 17:30 (UTC+04:00)

Cümhuriyyət Xalq Partiyası (CHP) Dəniz Baykalı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə namizədliyini irəli sürüb.

Movqe.az xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, bu qərar CHP-nin Ali Mərkəzi Şurasının 1,5 saat sürən toplantısında qəbul olunub. Partiya sədri Kamal Kılıcdaroğlu bir qədər sonra qurumun qərarını parlamentin müvvəqqəti sədri Dəniz Baykala təqdim edəcək.