Türkiyənin Somalidəki səfirliyinin binası qarşısında partlayış olub

24 İyun 2015 18:30 (UTC+04:00)

Somalinin paytaxtı Moqadişoda bombalı intiharçının olduğu avtomobilin hərbçilərə aid maşınla toqquşması nəticəsində səfirliyin binası yaxınlığında partlayış baş verib. Movqe.az "Reuters"ə istinadən xəbər verir ki, bunu polis zabiti, polkovnik Farah Abdikadir bildirib. 

"Son məlumata əsasən, partlayış nəticəsində aralarında mülki vətəndaşlar da olmaqla, 3 nəfər ölüb, 7 nəfər yaralanıb", - o deyib.