Cəbhədə gərgin gecə
25 İyun 2015 10:30 (UTC+04:00)
Cəbhə xəttində atəşkəs rejimi yenidən
pozulub. Müdafiə Nazirliyindən
Movqe.az-a verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin
müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə
84 dəfə pozub.
Ermənistan Respublikasının Berd rayonunun Ayqepar
və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun
Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun
Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz
atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Talış,
Gülüstan, Tərtər rayonunun Çaylı, Çiləbürt, Ağdam rayonunun
Nəmirli, Kəngərli, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı
Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və
Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə
tutulub.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.