Bu gün yarışacaq idmançılarımız - SİYAHI
25 İyun 2015 11:30 (UTC+04:00)
"Bakı 2015"də Azərbaycan idmançıları bu gün 6
müxtəlif yarışda çıxış edəcək.
Movqe.az siyahını təqdim
edir:
Qılıncoynatma, 09:00-dan etibarən
2012-ci il Olimpiya çempionu, azərbaycanlı
qılıncoynadan Səbinə Mikina və Sevil Bünyadova cümə günü medal
uğrunda mübarizədə iştirak edəcək ən güclü idmançılardır. Sablya
ilə qılıncoynatma üsulu 3 növdən ən geniş yayılmış idman
növüdür.
Boks 12:30-dan etibarən
Cümə günü Kristal Zal 2-də keçiriləcək yarışlarda
Azərbaycanın 4 güclü boksçusu medal uğrunda mübarizəyə
qoşulacaq.
Anna Əlimərdanova (AZE) qadınlar arasında
yarımyüngül çəki dərəcəsinin (51-54kq) yarımfinal mərhələsində
Yelena Savelyeva (RUS) ilə üz-üzə gələcək.
Yüngülvari çəki dərəcəsində (52kq) mübarizə aparan
Elvin Məmişzadə (AZE) finala çıxmaq üçün rəqibi Hamza Toubaya (GER)
qalib gəlməlidir. Kollazo Sotomayor (AZE) isə yarımfinal
mərhələsində birinci-yarım orta çəki dərəcəsində (64kq) rəqibi
Viktor Petrovla (RUS) üz-üzə gələcək.
Cüdo 12:00-dan etibarən
2009-cu il Dünya Çempionatında bürünc,
2007-2008-ci il Avropa Çempionatında iki bürünc, 2006-cı il Avropa
Çempionatında gümüş, Bakıda ötən il keçirilən "Böyük Dəbilqə" üzrə
gümüş medal qazanan Kifayət Qasımova qadınlar arasında -57kq çəki
dərəcəsində mübarizə aparacaq.
Avropa reytinq cədvəlində 2-ci yerdə olan Orxan
Səfərov, 4-cü yerdə olan İlqar Müşkiyev kişilər arasında -60kq çəki
dərəcəsində tatami üzərində çıxış edəcək.
3x3 basketbol 15:00-dan etibarən
Azərbaycanın kişilər və qadınlardan ibarət
voleybol komandaları ayrı-ayrılıqda Basketbol Arenasında seçmə
mərhələlərdə mübarizə aparacaq.
Voleybol 19:30-dan etibarən
Azərbaycan komandası 19:30-da Türkiyə komandası
ilə üz-üzə gələcək. Türkiyə 3-0 hesabla qalib olduqdan sonra A
qrupunda iki komanda yenidən üz-üzə gəlib. Ancaq ev sahibi
məğlubiyyəti təkrarlamaq niyyətində deyil.
Çimərlik futbolu 20:30-dan
etibarən
Azərbaycanın kişilərdən ibarət komandası Çimərlik
Arenasında keçiriləcək İsveçrə-Azərbaycan qarşılaşmasından öncə
qumun istiliyinin bir qədər azalacağına ümid edir.