Ağsu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Hüseyn Mənsimli faktı AzNews.az-a təsdiqləyib. Bildirib ki, direktor M.Səmədov xadiməni döymədiyini iddia edir. Ekspertiza rəyi isə R.Orucovanın döyüldüyünü təsdiq edir.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.
Kənd sakinlərinin AzNews.az-a verdiyi məlmata görə, bu, M.Səmədovun ilk belə əməli deyil. Bir neçə il əvvəl o, məktəbin şagirdini döydüyü üçün vəzifədən uzaqlaşdırılıbmış. Lakin Ağsu rayon Təhsil Şöbəsi onu yenidən məktəbə direktor təyin edib. Bu isə təəccüblü deyil. Əldə etdiyimiz məlumata görə, sözügedən şöbənin rəhbəri Tahir Xasıyev M.Səmədovun əmisi oğludur.
Xatırladaq ki, analoji hadisə ötən il Ağcabədi rayonunda da baş vermişdi. Rayonda yerləşən Laçın rayon Ağ göl ümumi orta məktəbinin direktoru Hidayət İbrahimov müavini və qohumu ilə birlikdə xadiməyə şiddət göstərmişdi. Məktəb müəllimlərindən biri (həyat yoldaşı) döyülən xadiməni huşsuz vəziyyətdə tapmışdı.
Bundan əlavə, Abşeron royunda da oxşar hadisə baş vermişdi. Məktəb direktorunun öz yaxınları ilə birlikdə xadiməyə şiddət göstərməsi bir meddət mətbuatın gündəmində olmuşdu.