İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib
25 İyun 2015 14:00 (UTC+04:00)
İyunun 25-də Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak
edib. Movqe.az-ın məlumatına görə,
dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin
abidəsinin qarşısına gül dəstəsi qoydu. Müdafiə naziri,
general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə
raport verdi.
Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının
baş planına baxdı. Azərbaycan Prezidenti rəmzi açılışı bildirən
lenti kəsdi.
Sonra dövlətimizin başçısı şəxsi heyətlə görüşdü.
Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlətimizin
başçısına raport verdi.
Prezident İlham Əliyev əsgərləri salamladı.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Prezident,
Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq
söylədi.
Sonra dövlətimizin başçısı Hərbi Dəniz
Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış oldu.