Hava dəyişəcək

25 İyun 2015 14:30 (UTC+04:00)

İyunun 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısı yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı  ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, sabah mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə  22-26 dərəcə, gündüz 31-36 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,  lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var.  Şərq küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz  35-40 dərəcə, dağlıq rayonlarda gecə  15-20, gündüz 24-29 dərəcə isti olacaq.