Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası"nın və "Vəzifə (tarif) maaşlarına əlavə verilən işçilərin Siyahısı"nı təsdiq edib. Bu qayda səhiyyə sahəsində qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (ödənilən cərimələrdən) toplanan və həmin nazirliyin xüsusi hesabına köçürülən vəsaitdən istifadə qaydasını müəyyən edir.
Ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi inzibati xətalar
haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən nazirliyin
işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını
yaxşılaşdırmaq məqsədi ilə istifadə olunur.
Qaydaya əsasən, vəsaitin toplanması və təyinatı üzrə istifadə
edilməsi məqsədi ilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı
Agentliyində Nazirliyin xüsusi hesabı açılır.
Xüsusi hesabın maliyyə mənbəyini İnzibati Xətalar Məcəlləsinə
əsasən nazirlik tərəfindən baxılan və inzibati xəta haqqında
protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən
inzibati xətalar haqqında işlər üzrə ödənilən cərimələrdən toplanan
vəsait təşkil edir.
Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi
Səhiyyə və Maliyyə nazirlikləri tərəfindən təmin olunur.
Xüsusi vəsaitin istifadə olunmasına dair 6 aylıq, 9 aylıq və illik
hesabatlar nazirlik tərəfindən hazırlanır və Maliyyə Nazirliyinə
təqdim edilir.
Xüsusi vəsait nazirliyin işçilərinin aylıq vəzifə maaşına əlavə
olaraq ödənilir.
Vəzifə maaşına əlavənin hesablanması ayda bir dəfə olmaqla həyata
keçirilir və hər ayın sonunda ödənilir. Vəzifə maaşlarına əlavələr
hər bir işçinin əməkhaqqı kartına köçürülür.
Bu qaydaya Azərbaycanın Prezidenti ilə razılaşdırılmaqla dəyişiklik
edilə bilər.
Vəzifə (tarif) maaşlarına əlavə verilən işçilərinə inzibati xətalar
haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən Səhiyyə
Nazirliyinin işçiləri, inzibati xətalar haqqında işlər üzrə icraatı
aparan Aparatın şöbə müdirləri, şöbə müdirlərinin müavinləri,
sektor müdirləri, baş və böyük məsləhətçiləri, sanitar-epidemioloji
nəzarət xidmətinin işçiləri, inzibati xəta haqqında protokol tərtib
edən işçilər, icraatın aparılmasında iştirak edən digər işçilər
daxildir.