İyulun 2-də imtahan verənlərə TQDK-dan xəbərdarlıq

25 İyun 2015 19:00 (UTC+04:00)
Movqe.az xəbər verir ki,  2 iyul tarixində keçiriləcək imtahanlarda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi" ni çap edə bilərlər. Bu barədə TQDK-dan verilən xəbərdə bildirilir. Məlumata görə, buraxılış imtahanı üçün "İmtahana buraxılış vərəqəsi"ni çap etmək üçünhttps://eservices.tqdk.gov.az/brxvbi/?frm=egov linkinə daxil olmaq lazımdır. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta (9-illik) və tam orta (11-illik) təhsil bazasından və ali təhsil müəssisələrinin 5-ci qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər isə "İmtahana buraxılış vərəqəsi" nihttps://eservices.tqdk.gov.az/brxvtex/?frm=egov linkinə daxil olmaqla çap etməlidirlər. Nəzərinizə çatdıraq ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və "İmtahana buraxılış vərəqəsi" ni mütləq özünüzlə gətirməlisiniz.