ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanın uğurları qeyd edilib
25 İyun 2015 20:10 (UTC+04:00)
"Azərbaycan terrorçuluga qarsı mübarizədə ABŞ-la
güclü tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycan aktiv
surətdə Qafqaz vasitəsilə insan resursları və pul vəsaitinin
dasınmasına cəhd göstərən terrorçu təskilatların fəaliyyətinin
qarşısını alınmasında istirak edir". Trend-in məlumatına görə, bu
barədə ABŞ Dövlət Departamentinin "2014-cü il terrorçuluğa qarşı
mübarizə" adlı hesabatın "Azərbaycan fəsli" bölməsində qeyd
edilir.
Hesabatda vurğulanır ki, Azərbaycan ozünün
antiterror səylərini müvafiq əməllərdə ittiham olunan şəxslərin
hüquqi çərçivədə təqib olunması, mühüm sayda qeyri-leqal silah va
sursatın müsadirəsi, habelə xarici ölkələrdə terrorçu qismində
vuruşmuş şəxslərin geri qayıtdıqdan sonra həbsi məsələlərinə
yönəldib: "Azərbaycan özünün antiterror qanunvericiliyində müvafiq
dəyişikliklər edərək xarici ölkələrdə terror birliklərinin
tərkibində vuruşma hallarına qarşı cəza tədbirlərini
gücləndirib".
Hesabatda sonra deyilir: "Azərbaycan İŞİD-a qarşı
mübarizədə də öz iradəsini göstərib. Müvafiq formada bu informasiya
mübadiləsi və xarici terrorçuların İraq va Suriya ərazisinə
yollanmasının qarşısının alınması, həmin ərazidə ekstremizmin
dəstəklənməsi hallarının maliyyələsdirilməsi və qarşısının alınması
müstəvisində özünü biruzə verib. Qafqaz Müsəlmanları İdarəsi və
Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin rəhbərləri kimi mühüm
təsir imkanlarına malik şəxslər İŞİD ideologiyasına qarsı açıq
mövqe tutublar".
Hesabatda qeyd olunur ki, qanunvericilik,
hüquq-mühafizə və sərhəd təhlükəsizliyi, terrorçuluğa qarşı
mübarizədə əsas məsul qurum Milli Təhlükəsizlik Nazirliyidir.
Bildirilir ki, Daxili İşlər Nazirliyinin də ölkənin əsas
hüquq-muhafizə orqanı kimi bu səpkidə rolu var. Hesabatda eyni
zamanda, hər iki nazirliyin terrorculuğa qarşı səmərəli mübarizə
imkanlarını (terror fəaliyyətlərinin ifşa edilməsi və qarşısının
alınması) numayiş etdirdiyi vurğulanıb: "Səlahiyyətli orqanlar
ölkəyə giriş limanlarında axtarışda olan şəxslərin siyahıları üzrə
səmərəli iş və bioqrafik/biometrik məlumatların istifadəsi
sahəsində imkanlarını numayiş etdiriblər".
Hesabatda 2014-cü il ərzində Azərbaycanda
antiterror tədbirləri çərçivəsində nəzərəçarpacaq tədbirlərin
xronologiyası da qeyd edilib: "20 iyun tarixində MTN bəyanat yaydı
ki, Badamdar adlanan ərazidə 18 ekstremist yaxalanıb. Bildirildi
ki, radikal təmayüllü müvafiq şəxslər Suriyaya səfər niyyətlərinə
malik olublar. 23 sentyabr tarixində MTN bəyanat yaydı ki,
Azərbaycandan kənarda xarici terrorçu döyüşçü qismində vuruşmuş,
əksəriyyəti Suriya və İraqdakı İŞİD birliklərinə bağlı olan 26 şəxs
həbs edilib. 1 dekabr tarixində səlahiyyətli qurumlar tərəfindən
Bakı məscidlərindən birinə olan hücumun ardınca antiterror
əməliyyatı hayata keçirilib. Müvafiq hücumu həyata keçirənlərdən
birinin Suriyada İŞİD-a qarşı vuruşmuş Kürd silahlıları ilə əlaqəli
şəxs oldugu bildirildi".
Hesabatda daha sonra bildirilir: "Terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə: Azərbaycan MONEYVAL-ın
üzvüdür. 2009-cu ildən etibarən Azərbaycan çirkli pulların
yuyulması/terrorçuluğun maliyyələşdirilməsi sahəsində mübarizə
peşəkarlığını artırb. Ölkədə Maliyyə Monitorinqi Xidməti təsis
edilib, şübhəli maliyyə əməliyyatlarının müəyyənləşdirilməsi və
məruzə edilməsi ilə bağlı maliyyə institutlarının üzərinə
öhdəliklər qoyulub. Formal maliyyə sektorundan kənarda fəaliyyət
göstərməklə maliyyə əməliyyatları həyata keçirən institutlara
məruzə təqdim edilməməsi ilə bağlı öhdəliklərin qoyulmamasi risk
potensialı yaradır.
Ölkə qanunvericiliyinin beynəlxalq standartlara
uyğunlaşdırılması məqsədilə Azərbaycan MONEYVAL-ın çirkli pulların
yuyulması/terrorçuluğun maliyyələşdirilməsi sahəsində
tövsiyyələrinin icrasını davam etdirir. ABŞ Maliyyə Monitorinqi
Xidmətinin əsas tərəfdaşlarından biridir. Muvafiq tərəfdaşlıq
texniki yardım və təlim komponentləri ilə xarakterizə olunur. USAİD
təskilatı da əvvəllər bu təşəbbüsləri
dəstəkləyirdi".
Regional və beynəlxalq əməkdaşlıq məsələsinə
gəlincə isə hesabatda qeyd edilib ki, Azərbaycan ATƏT, İslam
Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatların fəal üzvüdür:
"Azərbaycan antiterror məsələlərində NATO ilə əməkdaşlığı davam
etdirir. Azərbaycan Xəzəryanı Dövlətlərin işçi qrupları vasitəsilə
terrorçuluğa, qaçaqmalçılığa, narkotik vasitələrinin qanunsuz
dövriyyəsinə qarşı mübarizədə hüquq-mühafizə səylərinin
əlaqələndirilməsində də iştirak edir".
Radikalizm va zorakı ekstremizmə qarşı mübarizə
sahəsində isə Azərbaycanda görülən işlər sənəddə belə xarakterizə
olunub: "Sünni Sələfi elementlərin artması, həmçinin bir çox
Azərbaycan vətəndaşlarının Suriya və İraqda döyüşlərdə iştirakı ilə
bağlı məlumatlar fonunda ölkə rəsmiləri tərəfindən radikalizm və
zorakı ekstremizm hallarının qabaqlanması istiqamətində təşəbbüslər
hayata keçirilib. Bu müstəvidə, xüsusən məscidlərin daxilində
kameraların quraşdırılması ilə nəzarət işinin qüvvətləndirilməsi,
sələfi din xadimlərinin loyal kadrlarla əvəzlənməsi, sələfilərə
məscidlərdə rəhbər mövqelərin tutulmasının qadağan edilməsi,
ekstremizmi təbliğ edən ədəbiyyatların yayılmasının qarşısının
alınması, dövlət televiziyası üzərində nəzarət tədbirlərinin hayata
keçirilməsi qeyd edilə bilər.
Bu metodlar bəzi hallarda zorakılığa təhrik edən
şəxslərlə, zorakılığı rədd edən, lakin müxtəlif siyasi hərakatların
fəlsəfi hədəflərinə rəğbətlə yanaşan insanların fərqləndirilməsinə
maneə yaradır. Bundan əlavə, hökumət liderləri mütəmadi olaraq
radikalizmə qarşı bəyanatlarla çıxış edir, tez-tez xüsusən radikal
qruplann siyasi təsirinə qarşı mübarizə aparmaq və bu subyektlərin
maliyyə dəstəyini sarsıtmaqla baglı vədlər verirlər".