Dünya bazarında neftin qiyməti ucuzlaşıb

26 İyun 2015 11:40 (UTC+04:00)

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,31 dollar və ya 2,15% ucuzlaşaraq 59,70 dollar təşkil edib.

Movqe.az-ın məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,45%, yaxud 0,29 dollar geriləyərək 63,20 dollar/barel olub.


Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 69 dollar/barel olacağı gözlənilir.