"Word", "Excel" və "PowerPoint" proqramları "Android"də yüklənəcək

26 İyun 2015 19:30 (UTC+04:00)

ABŞ-ın "Microsoft" Korporasiyası "Android" əməliyyat sistemi ilə işləyən smartfonlara sahib olan istifadəçilərin artıq "Word", "Excel" və "PowerPoint" proqramlarından istifadə edə biləcəklərini bildirib.

Movqe.az-ın "Report"-a istinadən xəbər verir ki, proqramlar "iPhone" və "iPad"lərdə də istifadə edilir. Şirkət istifadəçilərinin "Microsoft Word" və digər proqramları "Google"ın smartfon mağazası olan "Play Store"dan yükləyə biləcəklərini deyib.