Avropa Oyunlarının 15-ci günü medal qazanan ölkələr

27 İyun 2015 09:30 (UTC+04:00)

Movqe.az xəbər verir ki, medallar boks, cüdo, 3x3 basketbol, qılıncoynatma və üzgüçülük idman növləri üzrə oynanılıb.

Azərbaycan idmançıları günü 3 qızıl və 3 bürünc medalla başa vurublar. Beləliklə, millimizin aktivindəki medal sayısı 52-yə çatıb (18 qızıl, 14 gümüş və 20 bürünc).

69 qızıl, 34 gümüş və 36 bürünc medalla birinci yerin sahibi Rusiyadır.

Üçüncü yerdə 16 qızıl, 8 gümüş və 16 bürünc medalla Böyük Britaniya qərarlaşıb.