Paracüdo üzrə gümüş medalçı: "Yarımfinalda aldığım zədə səbəbindən final döyüşündə məğlub oldum"

27 İyun 2015 16:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bunu "Report " açıqlamasında Avropa Oyunlarının paracüdo üzrə gümüş medalçısı Səbinə Abdullayeva deyib.

O qeyd edib ki, ilk Avropa Oyunlarının tarixə düşməsindən məmnundur: "Xalqımızın bizə dəstəyi sayəsində finala çıxdım. Təssüflər olsun ki, yarımfinalda aldığım zədə səbəbindən final döyüşündə məğlub oldum. Mən inanıram ki, xalqım məni başa düşər".

Qalibiyyətini anasına həsr etdiyini deyən S.Babayeva vurgulayıb ki, 2016-cı ildə Rio-de Jeneyrada keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmağa çalışacaq: "Mən qızıl medala namizədlərdən biriyəm. Bir ay ərzində zədə müalicə olunacaq və məşqlərə başlayacam".