"Elə hamıya sənətkar deyirlər"

27 İyun 2015 18:30 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, müğənni "ATV Maqazin" verilişində bunları deyib:


"Bəziləri bütün günü gündəmdədirlər. Özlərini necə reklam edirlərsə, adam təəccüblənir. Hamısı müğənniciklərdir. Bəzi şou-biznes nümayəndələri sənətçi ilə sənətkarın yerini səhv salıb. Elə hamıya sənətkar deyirlər. Adam əzab çəkir. Sənətkarlarımız barmaqla sayılacaq qədər azdır. Bu ifadəni ucuzlaşdırmayın. Əgər biz bu gün gündəmdə olanlara sənətkar deyiriksə, onda əsl sənətkara necə müraciət edək? O sözün məsuliyyətini dərk etmək lazımdır".