Ağ Ev rəngini dəyişdi - foto

27 İyun 2015 19:00 (UTC+04:00)

Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikada eynicinsli nikaha rəsmi icazədən sonra hökumət iqamətgahı LGBT (Lezbiyanlar, Geylər, Biseskuallar, Transseksuallar) hərəkatının simvolu olan rənglərlə işıqlandırılıb. Ağ Ev göy qurşağının rəngləri ilə "bəzədilib". 


Qeyd edək ki, ABŞ Ali Məhkəməsi ötən gün verilmiş qərarla ölkənin 50 ştatında eynicinsli nikahları rəsmiləşdirib. Bundan əvvəl isə bu qərar 37 ştatda qüvvədə idi.