Bu gün Avropa Oyunlarında son olaraq 9 medal dəsti oynanılacaq - SİYAHI

28 İyun 2015 12:00 (UTC+04:00)

Bu gün "Bakı-2015" I Avropa Oyunlarının sonuncu - 17-ci yarış günündə 9 dəst medalın sahibi bəlli olacaq.

Movqe.az xəbər verir ki, yarışların son günü badminton, BMX velosiped idmanı, çimərlik futbolu, cüdo və voleybol üzrə qaliblərin adlarına aydınlıq gələcək.

Bu gün son olaraq Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası Macarıstan millisi ilə 7-8-ci yer üzrə klassifikasiya oyununda üz-üzə gələcək.

Çimərlik futbolu

11:30 Kişilər arasında Klassifikasiya 7-8

Azərbaycan-Macarıstan