Patrik Hikki: Mançester Avropa Oyunları - 2023-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər

28 İyun 2015 13:00 (UTC+04:00)

Mançester Avropa Oyunları - 2023-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər. Movqe.az-ın məlumatına görə, bu sözləri BBC-yə müsahibəsində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.


P.Hikki həmçinin 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinə artıq dörd ölkənin namizədliyini irəli sürdüyünü də qeyd edib.


"Faktiki olaraq 2023-cü ildə Avropa Oyunlarının Mançesterdə keçirilməsi ilə bağlı qərarın dəqiqləşdirilməsi üçün Mançesterdən müşahidəçilər Bakıya gələrək Oyunları müşahidə ediblər," - deyə AOK prezidenti qeyd edib.