"Bakı 2015"in açılış və bağlanışına nə qədər xərclənib?

28 İyun 2015 17:30 (UTC+04:00)

Movqe.az-ın Trend-ə istinadən məlumatına əsasən, bu barədə Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov TASS agentliyinə açıqlamasında deyib.


Xatırladaq ki, əvvəl bəzi mətbuat orqanları TASS-a istinadən açılış və bağlanış mərasimlərinə təqribən 240 milyon manat (229 milyon dollar) vəsaitin xərclənməsi barədə məlumat yaymışdı.

TASS-ın məlumatına əsasən, A.Rəhimov bildirib ki, açılış və bağlanış mərasimlərinə büdcədən əlavə məbləğ tələb olunmayıb və xərclər 100 milyon manatdan (95 milyon dollar) az olub.