APA-nın xəbərinə
görə, aksiyada ABŞ-da çəkilən "Müsəlmanların məsumiyyəti" adlı
filmdə Məhəmməd peyğəmbərin təhqir olunmasına etiraz şüarları
səsləndirilib, ABŞ-ın Azərbaycandakı səfirliyinin fəaliyyətinin
dayandırılması tələb olunub.
Hadisə yerində olan polis əməkdaşları aksiya iştirakçılarının
səfirliyə hücum etməsinin qarşısını alıb. Polislə toqquşmada bir
neçə dindar saxlanılıb. Hazırda da səfirliyin ətrafında qrup
şəklində olan dindarların ərazidən uzaqlaşdırılması üçün polis
əməliyyat tədbirlərini davam etdirir. Səfirliyin bütün ətrafı
hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb,
təhlükəsizlik tədbirləri gücləndirilib.