Gürcüstan səfiri: “Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi böyük idman tədbirinə layiqli final oldu”

29 İyun 2015 11:30 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bağlanış mərasimini şərh edərkən deyib.


Diplomat bildirib ki, açılış mərasimi kimi bağlanış mərasimi də Olimpiadaya layiq tədbirlər oldu: "Azərbaycan bütün dünyaya sübut etdi ki, I Avropa Oyunları kimi böyük miqyaslı tədbiri nəinki qəbul etmək, həmçinin uğurla keçirə bilər. İdman arenaları, idman yarışlarının təşkili, açılış və bağlanış mərasimləri Azərbaycanın uğurları və idman nailiyyətlərini nümayiş etdirdi".