Rusiya səfiri: I Avropa Oyunları yüksək səviyyədə keçdi

29 İyun 2015 23:00 (UTC+04:00)

I Avropa Oyunları yüksək səviyyədə keçdi. Movqe.az xəbər verir ki, bunu Trend-ə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.


Onun sözlərinə görə, rusiyalı idmançıların Bakıda uğurları gözləntiləri üstələdi: "Əlbəttə, əmin idik ki, Rusiya komandası medalların sayına görə birinci olacaq. Lakin bu qədər fərqin olacağını gözləmirdik".


V.Doroxin qeyd edib ki, uğurun səbəbi Rusiyanın Oyunlara ciddi münasibətidir: "Yarışların təşkilatçısı olan Azərbaycana hörmətə görə Rusiya bura aşağı səviyyəli idmançıları göndərə bilməzdi. Təbii ki, azərbaycanlı azarkeşlərin səmimi dəstəyi də öz sözünü dedi. Onlara böyük təşəkkür düşür. Hər şey çox yüksək səviyyədə idi".