Nümayişçilər Yerevanın mərkəzi küçələrində yürüş keçirmək istəyirlər

30 İyun 2015 00:30 (UTC+04:00)

Elektrik enerjisi tariflərinin artırılmasına etiraz edən nümayişçilər bu gün axşam saatlarında Yerevanın mərkəzi küçələrində yürüş keçirmək istəyirlər. Movqe.az-ın  RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu etiraz aksiyasının təşkilatçıları deyiblər.


Nümayişçilər yürüşdən sonra Baqramyan prospektinə qayıdaraq məqsədlərinə nail olanadək orada qalacaqlar.


Təşkilatçıların bəyanatında deyilir: "Biz yalnız elektrik enerjisi tariflərinin artırılması barədə qərarın ləğv edilməsini istəyirik".