Arda Turan yenə könülləri fəth etdi

30 İyun 2015 16:50 (UTC+04:00)

Atletico Madrid forması geyən Türkiyənin milli ulduzu Arda Turan, Şərqi Türkistan üçün dua istəyib.


Movqe.az xəbər verir ki, Atletico Madrid forması geyən Arda Turan, Çinin nəzarəti altında olan və hər cür əziyyətə məruz qalan Şərqi Türkistanı unutmayıb.


Ulduz futbolçu, Instagram hesabından Şərqi Türkistan bayrağını paylaşaraq Çinin bu zalımlığına reaksiya göstərib.


Turan paylaşdığı fotoşəkilə, "Şərqi Türkistan üçün dua" qeydini yazıb. Təqibçiləri tərəfindən olduqca dəstək görən bu fotoşəkilə minlərlə şərh yazılıb.


Qeyd edək ki, Çin, Şərqi Türküstanda oruc, namaz kimi ibadətləri qadağan edərək bölgədə yaşayan xalqa böyük bir əziyyət tətbiq edir.


Doğu Türkistan'da