Hərəkət istiqamətində dəyişiklik edilən avtobuslar nə vaxt bərpa olunacaq?-ÖZƏL

30 İyun 2015 13:31 (UTC+04:00)
I Avropa Oyunları ilə bağlı hərəkət istiqamətində dəyişiklik edilən avtobusların əvvəlki xətlər üzrə hərəkətinin bərpası barədə qərar iyul ayının 3-dən sonra veriləcək. Bu barədə Movqe.az-a "Bakısərnişinnəqliyyatı" MMC-nin Nəzarət Xidmətin rəhbəri Vüqar İbrahimli məlumat verib. V. İbrahimli deyib ki, marşurutu qısaldılan avtobusların əvvəlki istiqamət üzrə hərəkəti məsələsinə komissiyada baxıldıqdan sonra qərar veriləcək.  Xatırladaq ki, I Avropa Oyunları ilə bağlı bəzi avtobusların hərəkət istiqamətində dəyişiklik edilib, bəzilərinin isə hərəkəti tam olaraq dayandırılıb. 20, 188, 53 nömrəli marşrut avtobuslarının xətləri ləğv olunub. Təkmilləşdirmə işləri ilə əlaqədar olaraq, 14 saylı marşrut xətti 24, 90 saylı marşrut xətti 83, 86 nömrəli marşrutu xətti isə 29 saylı marşrut xətti ilə əvəz olunub.124 saylı marşrutun hərəkət sxemi isə "20-ci sahə" adlanan əraziyə qədər uzadılıb. 2 və 193 və saylı marşrut xətti şəhərin mərkəzindən çıxarılıb. 70 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib. 95 saylı marşrut xətti "Xətai" metro stansiyasına qədər qısaldılıb. 120 saylı marşrut xəttinə yeni avtobuslar buraxılıb. 14,32, 25, 90, 53,188 saylı xətlərdə hərəkət edən avtobuslar tam olaraq yığışdırılıb. 194 saylı marşurut xəti isə I Avropa Oyunları ilə əlaqədar qısaldııb.